Ənbiya Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.
Bünyadov-Məmmədəliyev:
Göyü (yerdən ötrü onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.
Elmir Quliyev :
Мы сделали небо оберегаемой кровлей, однако они отворачиваются от его знамений.
Ələddin Sultanov:
Biz göyü qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər. (Ayədəki “qorunmuş tavan” ifadəsi bir bənzətmədir. Dünyanın ətrafındakı digər göy cisimləri möhtəşəm bir nizam içində hərəkət edirlər. Bu nizam da Allah tərəfindən qorunmaqdadır. İnkarçıların üz çevirdikləri “ayələr” isə, Allahın varlığını qüdrətini göstərən Günəş, Ay digər göy cisimləri onların nizamlı hərəkətidir.)
Kerbelayi Malik ağa:
Səmanı mühafizə edilmiş bir tavan etdik. Onlar Onun ayələrindən üz çevirənlərdir.
Ələsgər Musayev:
Etdik səmanı səqf kimi mühafiz onlar o ayətlərdən üz çevirirlər.
A.Mehdiyev və D.Cəfərli:
göyü (onların başı üzərində uçub dağılmaqdan, şeytan cinlərin keçmələrindən) qorunmuş tavan (kimi) etdik. Halbuki onlar onun (Bizim onda olan qüdrət əzəmətimizin) nişanələrindən üz döndərirlər.
Kövsər Tağıyev:
Göyü isə qorunmuş bir tavan olaraq yaratdıq. Onlar isə oradakı (Allahın varlığını göstərən) dəlillərdən üz çevirirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz göyü yerində saxlanılan bir tavan etdik, onlar isə göydəki dəlillərdən [günəş, ay, ulduzlardan] üz döndərdilər.
Sabirə Dünyamalıyeva:
Biz, göyü qorunmuş bir tavan etdik. Onlar isə, səmanın ayələrindən üz döndərənlərdir.