Əlixan Musayev:
Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!
Elmir Quliyev
:
Сочетайте браком тех из вас, кто холост, и праведников из числа ваших рабов и рабынь. Если они бедны, то Аллах обогатит их из Своей милости. Аллах — Объемлющий, Знающий.
Ələddin Sultanov:
İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir, O hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Sizdən yoldaşı olmayan kişiləri və kölələrinizdən saleh olanları və yoldaşı olmayan qadınlarınızı evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah onları fəzli ilə zəngin edər. Allah Qəyyumdur (lütfkarlığı, neməti çox olandır), Alimdir.
Ələsgər Musayev:
Nigah edin sizdən ərsiz arvadları və arvadsız kişiləri və saleh qullarınızı və cariyələri. Əgər fəqir olsalar, Allah onları Öz fəzlindən ehtiyacsız edər və Allah Vəsidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir.
Kövsər Tağıyev:
Sizdən subay olanları, kölələrinizdən və cariyələrinizdən evlənməyə münasib olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları öz lütfü ilə zənginləşdirər. Allah lütfü geniş olandır, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Aranızdakı subay kişiləri, qul və kənizlərinizdən əməlisaleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah onları Öz lütfündən varlandırar. Axı Allah genişürəklidir, biləndir.
Sabirə Dünyamalıyeva:
Və aranızdan yoldaşı olmayanları, kişi kölələrinizdən və qadın kölələrinizdən yaxşı olanları evləndirin. Əgər onlar yoxsul olacaxlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Şübhəsiz ki, Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, ən yaxşı biləndir.