Nəml Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qadın) dedi: “Ey əyanlar! Bu barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar ver­­məmişəm”.
Bünyadov-Məmmədəliyev:
(Bəlqis) dedi: “Ey əyanlar! Bu barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir görən (hökm verən) deyiləm!”
Elmir Quliyev :
Она сказала: знать! Посоветуйте, как мне поступить. Я никогда не принимала решений самостоятельно, пока вы находились рядом со мной".
Ələddin Sultanov:
(Sonra Bəlqis:) “Ey əyanlar! Bu barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” - dedi.
Kerbelayi Malik ağa:
(Səba Məlikəsi): ‘Ey əyanlar! İşimdə mənə rəyinizi bildirin. Siz şahidlik edib rəyinizi bildirmədikcə mən qəti qərar verəcək deyiləm.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ay böyüklər! Fitva verin mənə əmrimdə. Mən olmadım qətiyyətli əmrnən, ta şahid olasınız mənə».
A.Mehdiyev və D.Cəfərli:
(Sonra) dedi: «Ey əyanlar böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir barədə qəti hökm verməmişəm».
Kövsər Tağıyev:
“Ey öndə gələnlər! (Bu) işim barəsində mənə fikrinizi bildirin. Siz yanımda olmadan heç bir barəsində son qərarımı vermərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilqeys dedi: “Ey əyanlar! Bu barəsində fikrinizi bildirin, axı mən sizsiz heç bir məsələ haqqında qəti hökm verən deyiləm."
Sabirə Dünyamalıyeva:
Mələkə dedi ki: "Ey əyanlar! Bu işdə mənə fitva verin. Siz mənə şahidlik etmədən, heç bir barədə qəti qərar vermərəm."