Əlixan Musayev:
Özləri haqda yüksək rəydə olanlar da zəiflərə belə deyərlər: “Sizə doğru yol göstəricisi gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.
Bünyadov-Məmmədəliyev:
(Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: “Əcaba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)”
Elmir Quliyev
:
Те, которые превозносились, скажут тем, которые были слабыми: "Разве мы удержали вас от верного руководства после того, как оно явилось к вам? Нет, вы сами были грешниками".
Ələddin Sultanov:
Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz”.
Kerbelayi Malik ağa:
Təkəbbürlənənlər, zəifliyə uğradılanlara: ‘Sizlərə hidayət gəldikdən sonra, hidayətinizə bizmi mane olduq? Xeyr, siz özünüz günahkarlar idiniz.’ dedilər.
Ələsgər Musayev:
Dedilər o kəslər ki, təkəbbürlü idilər, o kəslərə ki, zəif
idilər: «Ə, biz sədd çəkdikmi sizin qarşınıza hidayətdən, onda
gəldi sizə? Bəli, siz cərimə olunmuşlar oldunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».
Kövsər Tağıyev:
Özlərini üstün tutanlar isə zəif və gücsüz görülənlərə: “Siz hidayətə gəldikdən sonra sizi bizmi ondan yayındırdıq? Xeyr, günahkar siz idiniz”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Təkəbbürlülər isə zəif hesab edilənlərə deyərlər: “Düz yol sizə gəldikdən sonra sizi bizmi ondan yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz.”
Sabirə Dünyamalıyeva:
Təkəbbür göstərən kəslər, zəif qalan kəslərə: "Sizə bələdçi gəldikdən sonra sizi ondan bizmi döndərdik? Əksinə, siz özünüz günahkar oldunuz" deyəcəklər.