Əlixan Musayev:
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.
Bünyadov-Məmmədəliyev:
Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!
Elmir Quliyev
:
Потом Мы дали Писание в наследие тем из Наших рабов, которых Мы избрали. Среди них есть такие, которые несправедливы к самим себе, умеренные и опережающие других в добрых делах с дозволения Аллаха. Это и есть большая милость.
Ələddin Sultanov:
Sonra Kitabı qullarımızın arasından seçdiklərimizə verdik. Onlardan özünə zülm edən də, orta yolu tutan da, Allahın izni ilə yaxşı işlərdə irəli keçən də vardı. Böyük fəzilət budur.
Kerbelayi Malik ağa:
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Beləcə onlardan bir qismi nəfsinə zülmedicidir, onlardan bir qismi müqtəsitdir. Onlardan bir qismi də Allahın izniylə xeyirlərdə yarışanlardır. Bu, böyük fəzildir.
Ələsgər Musayev:
Sonra varis etdik kitaba o
kəsləri ki, seçmişdik bəndələrimizdən. Onlardan var ki, öz
nəfslərinə zülm edirlər. Və onlardan orta yol tutanlar da var. Və
onlardan Allahın izni ilə xeyirli işlərdə qabağa düşənlər də var.
Budur böyük fəzl!
A.Mehdiyev və D.Cəfərli:
Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Qur’anın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
Kövsər Tağıyev:
Sonra biz o kitabı qullarımızdan seçdiyimiz kimsələrə (Muhammədin ümmətinə) miras olaraq verdik. Onlardan özünə zülm edənlər var. Onlardan ortada olanlar var. Yenə onlardan Allahın izni ilə xeyirli işlərdə önə keçənlər var. Bu, böyük lütfdür.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz Kitabı bəndələrimiz içərisindən seçdiyimiz kəslərə miras etdik. Onlardan kimi özünə zülm edər, kimi orta yol tutar, kimi də Allahın izni ilə xeyir əməllərdə öndə gedər. Bu, (Allahın) böyük lütfüdür.
Sabirə Dünyamalıyeva:
Sonra Biz Kitabı bəndələrimizdən seçib ayırdıqlarımıza miras qoyduq. İndi də onlardan bəziləri özlərinə zülm edən, bəziləri orta yolu tutan/ikibaşlı rəftar edən, bəziləri də Allahın izni ilə/elmi daxilində xeyir əməllərdə qabaqda gedənlərdir.