Məhəmməd Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sözsüz ki, kafir olanlar, (insanları) Allah yolundan sapdıranlar hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. (Allah) onların bütün əməllərini puça çıxaracaqdır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. (Allah) onların bütün əməllərini puç edəcəkdir!
Elmir Quliyev :
Воистину, те, которые не уверовали, сбивали других с пути Аллаха и откололись от Посланника после того, как им стал ясен прямой путь, нисколько не навредят Аллаху, а Он сделает тщетными их деяния.
Ələddin Sultanov:
Kafir olub (insanları) Allahın yolundan döndərənlər doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, inkar edənlər, Allahın yolundan sapdıranlar onlara hidayət açıq-aşkar bəlli olduqdan sonra rəsula qarşı çıxanlar Allaha heç bir şeylə əsla zərər verə bilməzlər. (Allah) onların əməllərini puç edəcək.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafir oldular sədd çəkirlər Allahın yolundan şaqqalandılar rəsuldan ondan sonra ki, bəyan oldu onlar üçün hidayət, Allaha şeynən zərər vura bilməzlər. O məhv edəcək onların əməllərin.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada xeyir əməllərini axirətdə puç təsirsiz edəcəkdir).
Kövsər Tağıyev:
İnkar edənlər, Allah yolundan yayındıranlar özlərinə hidayət yolu bəlli olduqdan sonra peyğəmbərə qarşı çıxanlar heç bir şəkildə Allaha zərər verə bilməzlər. Allah onların əməllərini boşa çıxaracaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə düz yol göstəriləndən sonra küfr edənlər, Allahın yolundan yayınanlar peyğəmbərdən ayrılıb uzaqlaşanlar, heç nədə Allaha ziyan vura bilməzlər O, onların əməllərini puç edər!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Allahın məbud rəbb olduğuna inanmayan, Allahın yolundan döndərən özlərinə doğru yol açıq-aşkar məlum olduqdan sonra Elçiyə qarşı çıxan kəslər [ki var]; onlar Allaha heç bir surətdə zərər verə bilməzlər. Allah, onların əməllərini puça çıxaracaqdır.