Qələm Surəsi 32. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
Bünyadov-Məmmədəliyev:
Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”
Elmir Quliyev :
Быть может, Господь наш даст нам взамен нечто лучшее. Воистину, мы обращаемся к нашему Господу".
Ələddin Sultanov:
Ola bilsin ki, Rəbbimiz bunun əvəzinə bizə ondan daha yaxşısını verər. Biz Rəbbimizi (Onun rizasını) istəyirik”.
Kerbelayi Malik ağa:
Rəbbimiz ola bilsin ki, bizə onun əvəzinə ondan daha xeyirlisini verər. Şübhəsiz ki, biz Rəbbimizə rəğbət edən kəslərik.
Ələsgər Musayev:
Ola bilsin ki, Rəbbimiz dəyişsin bizim üçün ondan xeyirlisinə. Həqiqətən, biz, Rəbbimizə tərəf rəğbətlə yanaşırıq!
A.Mehdiyev və D.Cəfərli:
«Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
Kövsər Tağıyev:
“Bəlkə, Rəbbimiz bizə bunun yerinə daha yaxşısını verər. Çünki biz artıq Rəbbimizi arzulayanlarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəlkə Rəbbimiz ondan [bağdan] daha yaxşısını bizə əvəz verər. Axı biz hər şeyi Rəbbimizdən istəyirik."
Sabirə Dünyamalıyeva:
ümid edirik ki, Rəbbimiz bizə onun yerinə daha xeyirlisini verər; həqiqətən biz bütün ümidimizi Rəbbimizə yönəldirik.