Yunus Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü doğru çıxdı.
Bünyadov-Məmmədəliyev:
(Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü (hökmü) belə gerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu).
Elmir Quliyev :
Так подтвердилось Слово твоего Господа о том, что нечестивцы не уверуют.
Ələddin Sultanov:
Beləcə, Rəbbinin fasiqlər haqqındakı “Onlar iman gətirməzlər!” sözü gerçək oldu.
Kerbelayi Malik ağa:
Beləcə sənin Rəbbinin sözü fasiq olan kəslər üzərinə haqq oldu. Şübhəsiz ki, onlar inanmazlar.
Ələsgər Musayev:
Beləliklə haqq oldu kəlməsi Rəbbinin üzərində o kəslərin ki, fasiqdirlər: «Onlar iman gətirən deyillər!»
A.Mehdiyev və D.Cəfərli:
Rəbbinin itaətsizlik etmiş kəslər barəsindəki (qəti) sözü belə gerçəkləşdi ki: «Onlar iman gətirməyəcəklər.»
Kövsər Tağıyev:
Rəbbinin yoldan çıxanlar haqqındakı “Onlar daha imana gəlməzlər” sözü, bax belə gerçək oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbinin azğınlıq edənlər barəsindəki "Onlar iman gətirməzlər!" - kəlamı beləcə düz çıxdı.
Sabirə Dünyamalıyeva:
Haq yoldan çıxan kəslər üçün Rəbbinin sözü həqiqətə çevrilmişdir: Şübhəsiz ki, onlar iman gətirməzlər.