Hud Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.
Bünyadov-Məmmədəliyev:
(Nuh) belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər siz əsla Allahı aciz buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz.
Elmir Quliyev :
Он сказал: "Воистину, это явит вам сам Аллах, если пожелает, и не в ваших силах предотвратить это.
Ələddin Sultanov:
Nuh belə dedi: “İstədiyi vaxt yalnız Allah onu sizə gətirər siz ona mane ola bilməzsiniz.
Kerbelayi Malik ağa:
Belə dedi: ‘Əgər dilərsə, onu sizə ancaq Allah gətirər. Siz (Allahı) aciz buraxacaq deyilsiniz.’
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, Allah istəsə onu sizə gətirər siz onu aciz edə bilməzsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Nuh dedi: «Əgər Allah istəsə onu sizə gətirər siz (mübarizə etmək, ya qaçmaqla Onu) əsla aciz qoyan deyilsiniz.»
Kövsər Tağıyev:
Nuh dedi ki: “Onu sizə, əgər istərsə, ancaq Allah gətirər siz (Allahı) aciz buraxa bilməzsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Əgər istəsə, onu sizə Allah gətirəcək, siz isə buna mane ola bilməyəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Nuh dedi: "Onu sizə ancaq Allah istəsə gətirər. siz Onu aciz qoya bilməzsiniz.