Əlixan Musayev:
(Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi.
Bünyadov-Məmmədəliyev:
(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.
Elmir Quliyev
:
подчинил вам солнце и луну, непрестанно движущиеся по своим орбитам, подчинил вам ночь и день.
Ələddin Sultanov:
O, (öz orbiti üzrə) dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.
Kerbelayi Malik ağa:
Davamlı hərəkət halında olan günəşi və ayı sizin əmrinizə tabe etdi. Gecəni və gündüzü də sizin əmrinizə tabe etdi.
Ələsgər Musayev:
Ram etdi
sizin üçün Şəmsi və Qəməri ki, sizin xidmətinizdədir və ram
etdi sizin üçün gecəni və gündüzü.
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
Kövsər Tağıyev:
O, adətləri üzrə hərəkət edən günəşi və ayı sizin ixtiyarınıza verən, gecəni və gündüzü sizə ram edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, daim işlək olan günəşi və ayı sizə tabe etdi, gecəni və gündüzü də sizə tabe etdi.
Sabirə Dünyamalıyeva:
Davamlı olaraq dönüş halında olan günəşi və ayı da sizin əmrinizə verdi/onları da istifadənizə uyğun xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi.