Hicr Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İblis) dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
Bünyadov-Məmmədəliyev:
(Şeytan) dedi: “Sənin quru qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)
Elmir Quliyev :
Иблис сказал: "Не подобает мне падать ниц перед человеком, которого Ты сотворил из сухой звонкой глины, полученной из видоизмененной грязи".
Ələddin Sultanov:
(İblis) dedi: “Mən uzun müddət qalan (rəngi qoxusu dəyişmiş) quru palçıqdan yaratdığın bir bəşərə səcdə edən deyiləm!”
Kerbelayi Malik ağa:
(İblis:) ‘Mən hamein məsnun olan salsalindən (torpaqdan, palçıqdan) yaratdığın bir bəşərə səcdə etmərəm.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Mən o bəşərə ki, gildən səslənən saxsı qab kimi xəlq etmisən, səcdə edən olmayacağam
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Mən əsla Sənin qoxumuş palçıqdan alınmış quru gildən yaratdığın bəşərə səcdə edən deyiləm!»
Kövsər Tağıyev:
İblis dedi: “Mən quru şəkil verilmiş bir palçıqdan yaratdığın insan üçün baş əyə bilmərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
iblis dedi: "Mən Sənin qurumuş palçıqdan, gildən xəlq etdiyin insana təzim edən deyiləm".
Sabirə Dünyamalıyeva:
İblis cavab olaraq: "Quru palçıqdan, forma verilmiş/forma verilə bilən bir palçıqdan meydana gətirdiyin bir bəşərə boyun əyib tabeçilik göstərmək üçün yaradılmamışam" dedi.