Möminun Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
Bünyadov-Məmmədəliyev:
Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən dünyada nemət verdiyimiz əyan-əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O cür peyğəmbər ola bilər?)
Elmir Quliyev :
Знатные люди из его народа, которые не уверовали и отрицали встречу в Последней жизни, которых Мы одарили щедрыми благами в мирской жизни, сказали: "Это всего лишь человек, подобный вам. Он ест то, что вы едите, и пьет то, что вы пьете.
Ələddin Sultanov:
Onun qövmündən kafir olub axirətə qovuşacaqlarını yalanlayan dünyada bol nemət verdiyimiz rəhbərlər (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, içdiyinizdən içir.
Kerbelayi Malik ağa:
Onun qövmünün kafir öndərləri axirətə mülaki olmağı (Allaha təslim olmağı) yalanlayanlar dünya həyatında özlərinə rifah verdiyimiz kimsələr: ‘Bu, sizin kimi sadəcə bir bəşərdir. Sizin yediyiniz şeylərdən yeyir, sizin içdiyiniz şeylərdən içir.’ dedilər.
Ələsgər Musayev:
Dedi qoumundan böyükləri o kəslər ki, kafir idilər yalan sayırdılar axirət görüşünü hansı ki, Biz dünya həyatında onlara sərvət vermişdik: «Bu, ancaq sizin misliniz olan bəşərdir. Siz yeyirsiniz, ondan yeyir içirsiniz, ondan içir.
A.Mehdiyev və D.Cəfərli:
Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»
Kövsər Tağıyev:
O peyğəmbərin qövmündən Allahı inkar edən, axirəti yalan sayan dünya həyatında bol-bol nemət verdiyimiz öndərlər belə dedilər: “O da ancaq sizin kimi bir insandır. Sizin yediklərinizdən yeyir, içdiklərinizdən içir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun tayfasının küfr edən, axirətə qovuşmağı yalan hesab edən bu dünya həyatında faydalanmağa imkan verdiyimiz camaatının əyanları dedilər “Bu, ancaq sizin kimi bir insandır. Siz yediyinizdən o da yeyir, siz içdiyinizdən o da içir.
Sabirə Dünyamalıyeva:
elçinin qövmündən, küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən], axirətə qovuşmağı təkzib edən bu bəsit dünya həyatında nemət verdiyimiz başçılar belə dedilər: