Furqan Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı ən yaxşı yozumu verməyək.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə (onun) doğrusunu (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək.
Elmir Quliyev :
Какую бы притчу они ни приводили тебе, Мы открывали тебе истину и наилучшее толкование.
Ələddin Sultanov:
Onların sənə çəkdiyi elə bir məsəl yoxdur ki, Biz sənə (onun) doğru olanını daha yaxşı izahını gətirməyək.
Kerbelayi Malik ağa:
Onlar sənə hər hansı məsəl ilə gəlməzdən öncə Biz sənə haqqı onun ən gözəl təfsirini bildirərik.
Ələsgər Musayev:
Gətirməzlər sənə elə bir məsəl ki, gətirməyək Biz sənə haqq olanı yaxşı təfsiri.
A.Mehdiyev və D.Cəfərli:
Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən bu kimi) hər məsəl sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti daha gözəl izah, açıqlama gətiririk.
Kövsər Tağıyev:
Onlar sənə elə bir məsəl gətirməzlər ki, (bunun əvəzində) sənə haqqı ən gözəl təfsiri gətirməmiş olaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sənə elə bir məsəl çəkməzlər ki, Biz (ona cavab olaraq) sənə haqqı daha yaxşı yozumu olanı gətirməyək.
Sabirə Dünyamalıyeva:
Onların sənə gətirdikləri hər bir çətin məsələdə Biz şübhəsiz sənə həqiqəti ən gözəl izahatı göstərərik.