Loğman Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!
Elmir Quliyev :
О люди! Бойтесь вашего Господа и страшитесь того дня, когда родитель никак не защитит своего ребенка, а ребенок своего родителя. Обещание Аллаха истинно, и пусть не обольщает вас мирская жизнь, и пусть соблазнитель (дьявол) не обольщает вас относительно Аллаха.
Ələddin Sultanov:
Ey insanlar, Rəbbinizdən çəkinin! atanın oğula, oğulun ataya fayda verə biləcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
Kerbelayi Malik ağa:
Ey insanlar, Rəbbinizə qarşı təqva sahibi olun! O gündən qorxun ki, ata oğluna yardım edə bilməz. Oğul da atasına yardım edə bilməz. Şübhəsiz ki, Allahın vədi haqdır. Elə isə dünya həyatı sizi aldatmasın. Ğarur (tağut) Allah barəsində sizi aldatmasın.
Ələsgər Musayev:
Ay insanlar! Qorxun Rəbbinizdən çəkinin o gündən ki, cəza almayacaq valideyn öz övladına görə cəza olunmaz övlada öz valideyninin əvəzinə bir şeynən. Həqiqətən, vədi Allahın haqdır. Qürurlu etməsin sizi dünya həyatı qürurlu etməsin sizi Allah ilə qürurlu olan.
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin hiyləgər Şeytan sizi Allah barəsində aldatmasın!
Kövsər Tağıyev:
Ey insanlar! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Heç bir atanın övladına bir fayda verə bilməyəcəyi, heç bir övladın da atasına bir fayda verə bilməyəcəyi gündən qorxun. Həqiqətən, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O aldadıcı şeytan da Allah haqqında sizi aldatmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar, öz Rəbbinizdən qorxun! Valideynin övlada, övladın valideynə heç bir faydası olmayacağı gündən qorxun! Həqiqətən, Allahın vədi haqdır. Qoy bu dünya həyatı sizi şirnikdirib aldatmasın məğrur [şeytan] sizi Allah (bağışlayacaq deyə) tovlayıb aldatmasın.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Rəbbinizin mühafizəsi altına daxil olun. atanın övladına heç bir faydasının olmadığı, övladın da atasına heç bir faydasının olmadığı günü [yada salaraq] ürpərin. Şübhəsiz ki, Allahın vədi haqdır. O halda, bəsit dünya həyatı sizi aldatmasın. əsla o çox aldadan, sizi Allah barəsində aldatmasın.