Yasin Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
Bünyadov-Məmmədəliyev:
Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.
Elmir Quliyev :
Знамением для них является мертвая земля, которую Мы оживили и извлекли из нее зерно, которым они питаются.
Ələddin Sultanov:
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.
Kerbelayi Malik ağa:
Ölü torpaq onlara bir ayədir (dəlildir). Onu diriltdik ondan dənlər (dənli bitkilər) çıxartdıq. Beləcə ondan yeyərlər.
Ələsgər Musayev:
ayətdir onlar üçün ölü ərz. Biz həyat verdik ona xaric etdik ondan toxum ondan yeyirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü bitmək qabiliyyəti verməklə) diriltdik ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər.
Kövsər Tağıyev:
Onların hamısı mütləq toplanıb (sorğu-sual üçün) hüzurumuza çıxarılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim həyat verdiyimiz orada onların yedikləri taxılı bitirdiyimiz ölü torpaq onlar üçün bir dəlildir.
Sabirə Dünyamalıyeva:
ölü torpaq, qafil tayfa üçün bir dəlildir. Biz onu diriltdik ondan dənələr çıxardıq, onlar da ondan yeyirlər.