Əlixan Musayev:
Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.
Bünyadov-Məmmədəliyev:
Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və möminlər) isə əsl müttəqilərdir.
Elmir Quliyev
:
Но тот, кто явился с правдой, и тот, кто признал ее истинность, действительно являются богобоязненными.
Ələddin Sultanov:
Həqiqəti (Quranı) gətirən (peyğəmbər) və onu təsdiq edənlər əsil müttəqilərdir.
Kerbelayi Malik ağa:
Həqiqət ilə gələn (Allaha təslim olmağı diləməyə dəvət edən) və onu təsdiq edənlər təqva sahibidirlər.
Ələsgər Musayev:
Odur ki, gəldi doğruluqla və onu
doğru saydı – həmin onlardır müttəqilər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır.]
Kövsər Tağıyev:
Doğrunu (Qur`anı) gətirənlə onu təsdiq edənlər ki var, onlar Allaha qarşı gəlməkdən çəkinənlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqqı gətirən və onu təsdiq edənlər - bunlar Allahdan qorxanlardır.
Sabirə Dünyamalıyeva:
Və doğrunu gətirən və onu təsdiq edən adam; bax məhz onlar, Allahın mühafizəsi altına daxil olan kəslərdir.