Nisa Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər kəs üçün valideynlərin yaxın qohumların qoyub getdikləri maldan (öz paylarını alacaq) varislər təyin etdik. Siz əhd bağladığınız kəslərin paylarını (özlərinə) verin. Həqiqətən, Allah hər şeyə Şahiddir.
Bünyadov-Məmmədəliyev:
Ata-ana yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!
Elmir Quliyev :
Каждому человеку Мы определили близких, которые наследуют из того, что оставили родители и ближайшие родственники. Отдавайте тем, с кем вы связаны клятвами, их долю. Воистину, Аллах Свидетель всякой вещи.
Ələddin Sultanov:
Ata-ana yaxın qohumların qoyub getdiklərindən hər bir kişi qadın üçün varislər təyin etdik. Əhd bağladığınız şəxslərin paylarını da özlərinə verin! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Kerbelayi Malik ağa:
Ana- atanın yaxın qohumların qoyub getdiklərindən hər kəsi varis təyin etdik. Artıq əhd bağladığınız kimsələrə paylarını verin. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Ələsgər Musayev:
Külliniz üçün etdik vəli, nədən ki, tərk edir valideynləri əqrabaları. o kəslər ki, kəbinləri əllərinizdədir, əta edin onlara nəsiblərini onların. Həqiqətən, Allah olar üzərində külli şeyin Şahid!
A.Mehdiyev və D.Cəfərli:
Ata-ana, yaxınlar (evlilik, cərirə zəmanəti, yaxud köləlikdən azad olma) əhd peyman(ı) bağladığınız kəslərin qoyub getdikləri hər bir mal üçün varislər müəyyənləşdirmişik (və qohumluğun dərəcələri arasındakı fərq əsasında onlara irs düşür). Hər bir insan üçün (onun) mirası çatan varislər müəyyənləşdirmişik (və onlar) ata-ana onun (digər) yaxınları, həmçinin (evlilik, cərirə zəmanəti, köləlikdən azad etmə imamət) əhd-peyman(ı) bağladığınız kəslər(dən ibarət)dir. Odur ki, (ey zəmanənin hakimləri,) onların paylarını özlərinə verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
Kövsər Tağıyev:
(Kişi qadından) hər biri üçün ata-ananın qohumların qoyub getdiklərindən (pay alan) varislər təyin etdik. Andlarınızın bağladığı (əhdləşdiyiniz) kəslərə öz paylarını verin. Şübhəsiz, Allah hər şeyə şahiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
Valideynlərin yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. Əhd-peyman bağladığınız kəslərin paylarını verin. Həqiqətən Allah hər şeyə şahiddir.
Sabirə Dünyamalıyeva:
Biz, ana, ata qohumların qoyub getdikləri hər şey üçün varislər müəyyən etdik. Andla bağlı olduğunuz şəxslərin; şifahi, sənədlə, qanuni borclu olduğunuz kəslərin vəsiyyətlə haqq sahibi olan kəslərin nəsiblərini dərhal verin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.