Əlixan Musayev:
Əgər (Allah) istəsə, küləyi sakitləşdirər, onlar da (suyun) üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda səbrli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.
Bünyadov-Məmmədəliyev:
Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). Həqiqətən, bunda (əziyyətlərə) çox səbr edən, (nemətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
Elmir Quliyev
:
Если Он пожелает, то успокоит ветер, и тогда они останутся неподвижными на его (моря) поверхности. Воистину, в этом — знамения для каждого терпеливого, благодарного.
Ələddin Sultanov:
Əgər Allah istəsə, küləyi dayandırar və beləcə, gəmilər dənizdə dayanıb qalar. Çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
Kerbelayi Malik ağa:
Əgər Allah dilərsə, küləyi dayandırar. O zaman (gəmilər) onun üzərində hərəkətsiz qalarlar. Şübhəsiz ki, bunda çox səbir edən və çox şükür edən hər kəs üçün mütləq ayələr (ibrətlər) vardır.
Ələsgər Musayev:
Əgər istəsə sakin edər küləyi və dayanarlar sakitcə zahiri
üzərində onun. Həqiqətən, bunda ayətlər var külli səbr edənlər,
şükr edənlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
Kövsər Tağıyev:
O istəsə, küləyi dayandırar, onlar dənizin üstündə qalarlar. Əlbəttə, çox səbir edən, çox şükür edən hər kəs üçün bunda ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
O, istədiyi vaxt küləyi sakitləşdirər və onlar [gəmilər] dənizin qoynunda hərəkətsiz durarlar. Həqiqətən də bunda hər bir səbr edən, şükredən üçün dəlillər vardır!
Sabirə Dünyamalıyeva:
Əgər O, diləyərsə, küləyi durdurar və gedən gəmilər dənizin üstündə durarlar. Şübhəsiz ki, bunda bütün çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən insanlar üçün necə əlamətlər/nümunələr vardır.