Əlixan Musayev:
Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan (Allahın) ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!
Elmir Quliyev
:
Разве они не видят, что Аллах, Который сотворил небеса и землю и не утомился от их сотворения, способен оживить мертвых? О да! Он способен на всё.
Ələddin Sultanov:
Göyləri və yeri yaradan, bunları yaratmaqla yorulmayan Allahın ölüləri diriltməyə də qadir olduğunu dərk etmirlərmi? Bəli! Şübhəsiz ki, O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Onlar göyləri və yeri yaradanın Allah olduğunu görmədilərmi? O, onları yaratmaqdan yorulmaz. Ölüləri diriltməyə qadirdir. Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir.
Ələsgər Musayev:
Ə, onlar görmədilərmi Allahı – Odur ki, xəlq etdi
səmaları və ərzi və zəif olmadı onların xəlq olunmasında,
Qadirdir üzərində diriltməyə ölüləri? Bəli! Həqiqətən, O
üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Göyləri və yeri yaradan və onları yaratmaqdan yorulmayan Allahın ölüləri diriltməyə gücünün yetəcəyini görmədilərmi? Bəli, şübhəsiz, O, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar göyləri və yeri yaradan və onları yaratmaqla zəif düşməyən Allahın ölüləri diriltməyə qadir olduğunu görmürlərmi? Bəli, doğrudan da O, hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Onlar, şübhəsiz, göyləri və yer üzünü əmələ gətirən və onları əmələ gətirməklə yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi/düşünə bilmirlərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir.