Məhəmməd Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Allaha Peyğəmbərə itaət edin əməllərinizi puç etməyin!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin (şəkk-şübhə, riya, küfr nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!
Elmir Quliyev :
О те, которые уверовали! Повинуйтесь Аллаху, повинуйтесь Посланнику и не делайте тщетными ваши деяния.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Həm Allaha, həm Peyğəmbərə itaət edin əməllərinizi puça çıxarmayın!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Allaha itaət edin. Rəsula itaət edin. Əməllərinizi batil etməyin.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Itaət edin Allaha itaət edin rəsula əməllərinizi batil etməyin!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha xalqa minnət qoymaq əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha itaət edin, peyğəmbərə itaət edin. Əməllərinizi hədər etməyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə itaət edin öz əməllərinizi puç etməyin!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Allaha itaət edin, Elçiyə itaət edin əməllərinizi puç etməyin.