Əlixan Musayev:
Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Elmir Quliyev
:
Воистину, те, которые сражаются против Аллаха и Его Посланника и стремятся сотворить на земле нечестие, в воздаяние должны быть убиты или распяты, или у них должны быть отсечены накрест руки и ноги, или они должны быть изгнаны из страны. Это будет для них позором в этом мире, а в Последней жизни для них уготованы великие мучения.
Ələddin Sultanov:
Allaha və Peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
Kerbelayi Malik ağa:
Allah və Onun Rəsulu ilə savaşanların və yer üzündə fitnə-fəsad çıxarmağa çalışanların cəzası ancaq öldürülmələri və ya asılmaları ya da əllərinin və ayaqlarının çarpaz kəsilməsi və ya olduqları yerdən sürgün edilmələridir. Bu onların dünyadakı rəzilliyidir. Axirətdə isə onlara ‘böyük əzab’ vardır.
Ələsgər Musayev:
Həqiqətən,
cəzası o kəslərin ki, hərb edirlər Allah və rəsulu ilə Onun və
səy edirlər ərzdə fəsada, qətlə yetirilməkdir, ya səlibə
çəkilməkdir, ya qətt olunmaqdır əlləri onların və ayaqları
onların tərsəsindən, ya qovulmaqdır ərzdən. Bu, onlar üçün
rüsvayçılıqdır dünyada və onlar üçündür axirətdə əzab
əzəmətli.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.
Kövsər Tağıyev:
Allah və Rəsuluna qarşı savaş açanların və yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmələri, yaxud asılmaları və ya əllərinin və ayaqlarının çarpaz kəsilməsi, yaxud da o yerdən sürgün olunmalarıdır. Bu cəzalar onlar üçün dünyadakı bir rüsvayçılıqdır. Axirətdə isə onlara böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən də Allah və Onun peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fəsad törətməyə səy göstərənlərin cəzası qətlə yetirilmək, ya çarmıxa çəkilmək, yaxud əl-ayaqlarını çarpaz şəkildə kəsmək, yaxud da yaşadıqları yerdən qovulmaqdır. Bu, onlar üçün bu dünyada bir rüsvayçılıqdır, axirətdə isə onlar üçün böyük bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Allaha və Elçisinə qarşı döyüşən; pozmağa təşəbbüs edən və yer üzündə fitnə-fəsad törətməyə çalışanların