Tur Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onlar: “Onu (Quranı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri inadları üzündən) iman gətirmirlər.
Elmir Quliyev :
Или же они говорят: "Он выдумал его!" О нет! Просто они не веруют.
Ələddin Sultanov:
Yoxsa onlar: “Onu (Quranı) özü uydurmuşdur!” - deyirlər?! Xeyr! Onlar inanmırlar.
Kerbelayi Malik ağa:
Yaxud: ‘Onu özü uydurub söylədi.’ deyirlər? Xeyr, onlar iman etməzlər.
Ələsgər Musayev:
Yoxsa deyirlər: «Fikirləşdi onu o!» Bəli, inanmazlar!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa «bunu (Qur’anı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
Kövsər Tağıyev:
Yoxsa: “O, Qur`anı özü uydurub söylədi”, deyirlər? Xeyr, (inadla) iman etmirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onlar. "O, bunu [Quranı] özü uydurub!" - deyirlər? Xeyr, onlar iman gətirmirlər.
Sabirə Dünyamalıyeva:
Yaxud, vəhy olunan şeylər barədə, "Özündən uydurdu" deyirlər? Əslində, onlar inanmırlar.