Əlixan Musayev:
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.
Bünyadov-Məmmədəliyev:
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!)
Elmir Quliyev
:
О сонмище джиннов и людей! Если вы можете проникнуть за пределы небес и земли, то проникните. Но вы не проникните, не обладая властью (или ясным доводом)!
Ələddin Sultanov:
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını keçib getməyə gücünüz çatırsa, keçin! Qüdrətiniz olmadan əsla keçə bilməzsiniz.
Kerbelayi Malik ağa:
Ey insan və cin topluluğu! Göylərin və yerin hüdudlarından çıxıb getməyə əgər gücünüz çatırsa, haydı çıxın! Bir sultan (bir mürşid) olmadan nüfuz edə bilməzsiniz (keçib çıxa bilməzsiniz)
Ələsgər Musayev:
Ay cin və insan toplusu! Əgər bacarırsınız ki, nüfuz edəsiz
səmaların və ərzin ətrafından, nüfuz edin! Nüfuz edə
bilməzsiniz ancaq sultanlıqla
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!»
Kövsər Tağıyev:
Ey cin və insan güruhu! Göylərin və yerin ətraflarından keçib getməyə gücünüz yetirsə, keçib gedin. Böyük bir güc olmadıqca keçib gedə bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey cin və insan dəstəsi! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq böyük bir qüvvətlə keçə bilərsiniz (ki, o da sizdə yoxdur).
Sabirə Dünyamalıyeva:
Ey cin və ins tayfası! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə gücünüz çatsa, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.