Ənam Surəsi 33. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Alla-hın ayələrini inadla inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
Elmir Quliyev :
Мы знаем, что тебя печалит то, что они говорят. Они не считают лжецом тебя беззаконники отвергают знамения Аллаха!
Ələddin Sultanov:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl Həzrət Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, demişdi. Bu sözlər Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri (s.ə.s) təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Onların söylədiklərinin mütləq səni kədərləndirdiyini bilirdik. Lakin şübhəsiz ki, onlar səni yalanlamırlar. Lakin zalımlar Allahın ayələri ilə cihad edirlər.
Ələsgər Musayev:
Bilirik ki, səni hüznlü edir onların dedikləri. Həqiqətən, onların səni yalançı saymırlar lakin o zalimlər yalan sayırlar ayətlərilə Allahı!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə nişanələrini inkar edirlər.
Kövsər Tağıyev:
Ey Muhamməd! Biz çox yaxşı bilirik ki, söylədikləri, əlbəttə, səni incidir. Onlar əslində səni yalançı saymırlar. Ancaq o zalımlar Allahın ayələrini inadla inkar edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Onlar səni yalançı hesab etmirlər, bu zalımlar Allahın ayələrini inkar edirlər.
Sabirə Dünyamalıyeva:
Biz onların söylədiklərinin səni həqiqətən məyus etdiyini əlbəttə bilirik. Amma onlar əslində səni yalançı hesab etmirlər; şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər Allahın ayələrini bilə-bilə rədd edirlər.