Əlixan Musayev:
De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.
Bünyadov-Məmmədəliyev:
De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.
Elmir Quliyev
:
Скажи: "Мой Господь запретил совершать мерзкие поступки, как явные, так и скрытые, совершать грехи, бесчинствовать без всякого права, приобщать к Аллаху сотоварищей, в пользу чего Он не ниспослал никакого доказательства, и наговаривать на Аллаха то, чего вы не знаете".
Ələddin Sultanov:
De: “Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir.
Kerbelayi Malik ağa:
De ki: ‘Rəbbim sizə yalnız fuhşun (pisliyin) aşkar və gizlisini, günahı, haqsız yerə zülm etməyi, haqqında bir dəlil endirilməmişkən bir şeyi Allaha şirk qoşmanızı və Allaha qarşı bilmədiyiniz şeyləri söyləmənizi haram etdi.’
Ələsgər Musayev:
De: «Həqiqətən, Rəbbim qadağan edib zahiri və batini fahişəliyi və günahı və haqsız zülmü və Allah ilə şərik qoşmağınızı ki, nazil etməyib onun ilə sultanlıq və bir də Allah barəsində bilmədiyinizi deməyi.
A.Mehdiyev və D.Cəfərli:
De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».
Kövsər Tağıyev:
De ki: “Rəbbim ancaq aşkar və gizli çirkin işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil endirmədiyi hər hansı bir şeyi Allaha şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeylər söyləməyinizi haram buyurmuşdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Rəbbim açıq və gizli edilən pis əməlləri, haqsızcasına edilən günah və zülmü, barəsində Allahın heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmanızı və bilmədiklərinizi Allah barəsində söyləməyinizi qadağan etmişdir".
Sabirə Dünyamalıyeva:
De ki: "Rəbbim sadəcə ikrah doğuran şeyləri; onun açıq və gizli olanını, zərərləri, haqsız yerə asi olmaqı, barəsində heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər danışmağı haram buyurmuşdur."