Hud Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir Ona da qaytarılacaqsınız”.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir siz Onun hüzuruna qaytarılacaqsınız!”
Elmir Quliyev :
Мои наставления не принесут вам пользы, даже если я хочу дать вам добрый совет, если Аллах пожелал ввести вас в заблуждение. Он ваш Господь, и к Нему вы будете возвращены".
Ələddin Sultanov:
Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir siz Ona qaytarılacaqsınız!”
Kerbelayi Malik ağa:
Əgər Allah sizi azdırmaq istəsə, sizə nəsihət vermək istəsəm də, mənim nəsihətim sizə fayda verməz. O, sizin Rəbbinizdir Ona qaytarılacaqsınız.
Ələsgər Musayev:
Əgər Allah istəyə siz azğınlıqda olasız, mənim nəsihətlərim sizə fayda verməz, əgər mən iradə etsəm sizə nəsihət verməyə. O sizin Rəbbinizdir Ona tərəf müraciət edəcəksiniz!»
A.Mehdiyev və D.Cəfərli:
«Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət çölündə (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir Ona tərəf qaytarılacaqsınız.»
Kövsər Tağıyev:
Mən sizə öyüd vermək istəsəm də, əgər Allah sizi sapdırmaq istəmişsə, öyüdüm sizə fayda verməz. O, sizin Rəbbinizdir Ona qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah sizi azdırmaq istərsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O, sizin Rəbbinizdir Ona da qaytarılacaqsınız".
Sabirə Dünyamalıyeva:
Mən sizə öyüd vermək istəsəm də, əgər Allah sizi yoldan azdırmaq istəsə, mənim nəsihətim sizə bir fayda verməz. O sizin Rəbbinizdir ancaq Ona qaytarılacaqsınız."