Əlixan Musayev:
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
Господь ответил на его мольбу и отвратил от него их козни. Воистину, Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
O zaman Rəbbi onu (Onun duasını) qəbul etdi. Beləcə onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı biləndir.
Ələsgər Musayev:
Rəbbi onun istəyini yerinə yetirdi və
onların fəndlərini ondan uzaqlaşdırdı. Həqiqətən, O Səmidir,
Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.
Kövsər Tağıyev:
Rəbbi onun duasını qəbul etdi və qadınların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbi onun səsinə səs verdi və onların məkrini ondan kənar etdi. Həqiqətən, O, hər şeyi eşidəndir, biləndir!
Sabirə Dünyamalıyeva:
Belə olduqda Rəbbi, ona cavab verdi və ondan onların hiyləsini dəf etdi. Şübhəsiz ki, O, bəli O, layiqincə eşidən, layiqincə biləndir.