Əlixan Musayev:
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.
Bünyadov-Məmmədəliyev:
(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar).
Elmir Quliyev
:
Он даровал вам все, о чем вы просили. Если вы станете считать милости Аллаха, то не сможете сосчитать их. Воистину, человек несправедлив и неблагодарен.
Ələddin Sultanov:
O sizə istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım və çox nankordur.
Kerbelayi Malik ağa:
Ondan istədiyiniz hər şeydən sizə verdi. Əgər Allahın nemətini saysanız onu saya bilməzsiniz. Şübhəsiz insan həqiqətən çox zalım və çox nankordur.
Ələsgər Musayev:
Əta etdi sizə külli şeydən ki, istədiniz. Əgər Allahın
nemətlərini sayasınız, onları hesablaya bilməzsiniz. Həqiqətən,
insan zalimdir, küfr edəndir!
A.Mehdiyev və D.Cəfərli:
Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur.
Kövsər Tağıyev:
O, istədiyiniz şeylərin hamısından sizə verdi. Əgər Allahın nemətlərini saymaq istəsəniz, saya bilməzsiniz. Şübhəsiz, insan çox zalımdır, çox nankordur.
M.Qənioğlu və T.Bilaloğlu:
O, istədiyiniz hər şeydən sizə verdi. Əgər siz Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox ədalətsizdir, naşükürdür.
Sabirə Dünyamalıyeva:
Və O, Ondan istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də sayıb qurtara bilməzsiniz! Şübhəsiz ki, insan həqiqətən çox səhv; öz zərərinə olan əməli işləyən, çox nankor biridir.