Əlixan Musayev:
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
Elmir Quliyev
:
Вот Мы сказали ангелам: "Падите ниц перед Адамом". Они пали ниц, и только Иблис отказался, возгордился и стал одним из неверующих.
Ələddin Sultanov:
Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu.
Kerbelayi Malik ağa:
Mələklərə: 'Adəmə səcdə edin.' dediyimiz zaman İblis xaric, (hamısı) dərhal səcdə etdilər. (İblis) qarşı çıxdı və kibirləndi. Kafirlərdən oldu.
Ələsgər Musayev:
Və onda dedik Biz mələklər üçün: «Səcdə
edin Adam üçün!» Səcdə etdilər. Ancaq Iblis imtina etdi və
təkəbbürlük etdi və oldu kafirlərdən
A.Mehdiyev və D.Cəfərli:
Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi.
Kövsər Tağıyev:
Bir vaxt mələklərə: “Adəm üçün ehtiramla baş əyin”, – demişdik; İblisdən başqa bütün mələklər dərhal ehtiramla baş əymişdilər, İblis (bundan) boyun qaçırmış, təkəbbür göstərmiş və kafirlərdən olmuşdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz mələklərə: "Adəmə səcdə edin !" deyən zaman iblisdən başqa (hamısı) səcdə etdi. O isə təkəbbür göstərərək imtina etdi. O, kafirlərdən oldu.
Sabirə Dünyamalıyeva:
Və bir zaman Biz, təbiətdəki güclərə, "Adəmə boyun əyib tabeçilik göstərin" demişdik, ancaq İblis/zehin qabiliyyəti xaricində təbiətdəki güclər dərhal boyun əyib tabeçilik göstərmişdi. İblis imtina etdi, təkəbbür göstərdi. Və o, hər şeyi bilə-bilə inkar edənlərdən idi.