Əlixan Musayev:
Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
Elmir Quliyev
:
Никому из людей до тебя Мы не даровали бессмертия. Неужели, если даже ты умрешь, они будут жить вечно?
Ələddin Sultanov:
Səndən əvvəl də heç bir insana əbədilik vermədik. Əgər sən ölsən, onlar əbədi qalacaqlar?!
Kerbelayi Malik ağa:
Səndən əvvəl heç bir bəşəri əbədi etmədik. Elə isə sən ölsən, o zaman onlar əbədimi olacaqlar?
Ələsgər Musayev:
Etmədik bəşəri səndən qabaq həmişəlik. Ə, sən öləcəksən və
onlar həmişəlik olacaqlar?
A.Mehdiyev və D.Cəfərli:
Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda əgər sən ölsən bunlar əbədi qalacaqlar?!
Kövsər Tağıyev:
Biz səndən əvvəl də heç bir bəşərə ölümsüzlük vermədik. İndi sən ölsən, onlar əbədi qalacaqlar?
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səndən əvvəl də heç kəsə əbədilik vermədik. Yəni sən ölərsən, onlar əbədi qalarlar?
Sabirə Dünyamalıyeva:
Biz, səndən əvvəl də heç bir bəşərə əbədiyyət bəxş etmədik. Yaxşı, sən öldün, onlar əbədi qalacaqmı?