Əlixan Musayev:
(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.
Bünyadov-Məmmədəliyev:
(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir).
Elmir Quliyev
:
Она сказала: "Когда цари вторгаются в селение, они разрушают его и превращают его самых славных жителей в самых униженных. Вот так они поступают.
Ələddin Sultanov:
(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.
Kerbelayi Malik ağa:
(Səba Məlikəsi): ‘Şübhəsiz ki, hökmdarlar bir ölkəyə girdikləri zaman onu viran qoyarlar və onun xalqının izzət sahibi olanlarını zillətə salarlar. Onlar belə edərlər.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Həqiqətən, onda ki, məliklər daxil olurlar kəndlərə, oranı fəsad edib və oranın izzətli əhlini zəlil edirlər və beləcə fəaliyyət edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».
Kövsər Tağıyev:
(Bəlqis) belə dedi: “Hökmdarlar bir ölkəyə girdikləri zaman oranı viran edər və xalqının öndə gələn hörmətli insanlarını zəlil hala salarlar. Onlar məhz belə edərlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilqeys dedi: "Hökmdarlar (adətən) hər hansı bir məmləkətə girəndə onu məhv edirlər, onun əhalisindən olan şərəf sahiblərini zəlil edirlər. Onlar bax beləcə hərəkət edirlər.
Sabirə Dünyamalıyeva:
Mələkə: "Heç şübhəsiz ki, hökmdarlar bir məmləkətə daxil olduqda, dərhal oranı viran qoyarlar və xalqın hörmətli adamlarını alçaldarlar. Onlar da belə edəcəklər.