Əlixan Musayev:
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, (hər şeydən) Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Allahın evlərinizdə oxunan ayələrini (Quranı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!”
Elmir Quliyev
:
И поминайте то, что читается в ваших домах из аятов Аллаха и мудрости. Воистину, Аллах — Проницательный (или Добрый), Ведающий.
Ələddin Sultanov:
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (sünnəni) xatırlayın! Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Evlərinizdə Allahın ayələrindən oxunanları və hikməti zikr edin. Şübhəsiz ki, Allah Lətifdir, Xəbirdir (hər şeydən xəbərdar).
Ələsgər Musayev:
Yad edin nə ki,
tilavat olunur evlərinizdə Allahın ayətindən və hikmətindən.
Həqiqətən, Allah oldu Lətif, Xəbir!
A.Mehdiyev və D.Cəfərli:
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti (əqli elmlər və şər’i hökmləri) xatırlayın. Həqiqətən, Allah daim ən kiçicik xırdalıqları belə görəndir və (hər şeydən) xəbərdardır.
Kövsər Tağıyev:
Siz evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın. Şübhəsiz, Allah ən gizli şeyi biləndir, haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Evlərinizdə oxunan Allah ayələrini və hikməti xatırlayın. Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
- Və evlərinizdə oxunan Allahın ayələrini və haqsızlığın, fitnə-fəsadın, qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri xatırlayın. Heç şübhəsiz ki, Allah, çox lütfkardır, gizlinləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini d