Səba Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!” dedilər.
Elmir Quliyev :
В какое бы селение Мы ни направляли предостерегающего увещевателя, его изнеженные роскошью жители говорили: "Воистину, мы не веруем в то, с чем вы посланы".
Ələddin Sultanov:
Biz hansı bir məmləkətə xəbərdar edən bir peyğəmbər göndərdiksə, oranın naz-nemət içində yaşayan başçıları: “Biz sizinlə göndərilənləri inkar edirik”, - dedilər.
Kerbelayi Malik ağa:
Bizim nəzir göndərmədiyimiz heç bir yer yoxdur. Hər ölkənin rifah içində yaşayanları: ‘Şübhəsiz ki, biz sizin göndərildiyiniz şeyi inkar edənlərik.’ deməkdən başqa bir şey söyləmədilər.
Ələsgər Musayev:
Biz heç bir kəndə nəzərə çatdırandan göndərmədik ki, onların sərvətliləri deməyələr: «Həqiqətən, ilə ki, siz göndərilmisiniz, biz ona kafirik!»
A.Mehdiyev və D.Cəfərli:
Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».
Kövsər Tağıyev:
Biz hansı məmləkətə bir xəbərdar edən göndərdiksə, oranın dikbaş zənginləri: “Biz sizinlə göndəriləni inkar edirik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz elə bir məmləkətə nəsihətçi [peyğəmbər] göndərmədik ki, onun naz-nemət içərisində olan (əyanlan): “Həqiqətən, biz, sizin gətirdiklərinizi qəbul etmirik.” - deməsinlər.
Sabirə Dünyamalıyeva:
Biz hansı bir məmləkətə xəbərdarlıq edən [birini] göndərsək, həqiqətən oranın varlı güclü, təkəbbürlü başbilənləri: "Biz sizinlə göndərilənləri/xəbərdarlığı bilərək rədd edənlərik/inanmayanlarıq" dedilər.