Sad Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Süleymanı sınağa çəkib taxtının üstünə (cansız) bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.
Bünyadov-Məmmədəliyev:
And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi yenidən öz mülkünə, öz taxtına) qayıtdı.
Elmir Quliyev :
Мы подвергли Сулеймана (Соломона) искушению и бросили на его трон тело (уродливое тело ребенка или дьявола), после чего он раскаялся (или вернулся к власти).
Ələddin Sultanov:
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı. (Bir rəvayətə görə, Həzrət Süleyman şiddətli bir xəstəliyə tutulmaqla Allah tərəfindən imtahan edilmişdi. Xəstəliyi əsnasında cəsəd kimi zəif halsız bir halda ikən daha sonra sağalmış yenidən taxtına otura bilmişdi.)
Kerbelayi Malik ağa:
And olsun ki, Biz Süleymanı (ə.s) imtahan etdik. Onun kürsüsü (taxtı) üzərində cəsəd olaraq buraxdıq. Sonra (Allaha) yönəldi.
Ələsgər Musayev:
Əlbəttə, sınadıq Biz Süleymanı taxtının üzərinə cəsəd yerləşdirdik. Sonra o qayıtdı.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Süleymanı (böyüyəcəyindən xatircəm olduğu oğlu barəsində) imtahana çəkdik onun taxtı üzərinə (cansız) bir cəsəd atdıq. Sonra o, Allaha tərəf qayıtdı (və haqqa təslim oldu).
Kövsər Tağıyev:
Süleyman: “Həqiqətən, mən mal-mülkü Rəbbimi xatırlatdığı üçün sevirəm”, dedi. Nəhayət, gözdən itib getdikləri zaman:
M.Qənioğlu və T.Bilaloğlu:
Axı Biz Süleymanı sınayırdıq. Biz (onu) öz taxtı üzərinə cansız bir cəsəd kimi saldıq. Sonra da o, əvvəlki halına qayıtdı
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz Süleymanı da müxtəlif təhlükələrdən, çətinliklərdən keçirərək saflaşdırmışdıq/kamilləşdirmişdik. taxtının üstünə bir cəsəd qoymuşduq. Sonra o, qayıtdı;