Əlixan Musayev:
və (onlara) deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır.
Bünyadov-Məmmədəliyev:
(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!
Elmir Quliyev
:
Будет сказано: "Сегодня Мы предадим вас забвению, подобно тому, как вы предали забвению встречу с этим днем вашим. Вашим пристанищем будет Огонь, и не будет у вас помощников.
Ələddin Sultanov:
Onlara belə deyilər: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacağınız yer cəhənnəmdir və heç bir yardımçınız olmayacaqdır!
Kerbelayi Malik ağa:
(Onlara): ‘Bu gün sizi unudacağıq, eynilə sizin ‘bu gününüzə qovuşmağı’ unutduğunuz kimi. Sizin məviniz (qalacağınız yer) atəşdir. Sizin üçün bir köməkçi yoxdur.’ deyildi.
Ələsgər Musayev:
Deyildi:
«Bu gün unudarıq Biz sizi, nə qədər siz unutdunuz görüşünü bu
gününüzün. Və sığınacaq sizin üçün oddur və yoxdur sizin
üçün yardım edəndən.
A.Mehdiyev və D.Cəfərli:
Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»
Kövsər Tağıyev:
Onlara belə deyilər: “Bu günə qovuşacağınızı unutduğunuz kimi biz də bu gün sizi unuduruq. Sizin sığınacağınız atəşdir. Sizə yardım edən də yoxdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara deyilər "Bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi bu gün Biz də sizi unuduruq. Sizin yeriniz cəhənnəm odudur və sizə kömək edənlər də olmaz.
Sabirə Dünyamalıyeva:
Və deyilmişdir ki: "Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün yardımcılardan hər hansı biri də yoxdur.