Əlixan Musayev:
Şübhəsiz ki, kafir olanları, (insanları) Allah yolundan sapdıranları, sonra da kafir kimi ölənləri, Allah heç vaxt bağışlamayacaqdır.
Bünyadov-Məmmədəliyev:
Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!
Elmir Quliyev
:
Воистину, Аллах не простит тех, которые не уверовали и сбивали других с пути Аллаха, а потом умерли неверующими.
Ələddin Sultanov:
Kafir olub insanları Allahın yolundan döndərən, sonra da kafir kimi ölənləri Allah əsla bağışlamayacaqdır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, inkar edənləri və Allahın yolundan sapdıranları sonra da kafir olaraq ölənləri Allah əsla məğfirət etməz.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafir
oldular və sədd çəkdilər yoluna Allahın, sonra öldülər kafir
olaraq, Allah onları bağışlamayacaq!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
Kövsər Tağıyev:
İnkar edən, Allah yolundan yayındıran, sonra isə inkarçılar olaraq ölənlər ki var, Allah onları əsla bağışlamayacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Küfr edib Allahın yolundan yayınan, sonra isə kafir qalaraq ölənləri Allah heç vaxt bağışlamayacaqdır!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən/inanmayan], Allahın yolundan döndərən, sonra da küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri olaraq ölən kəslər [ki var], Allah onları əsla bağışlamayacaqdır.