Maidə Surəsi 34. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizə məğlub olub əlinizə keçməzdən öncə tövbə edənlər olarsa, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Исключением являются те, которые раскаялись и вернулись до того, как вы получили власть над ними. Знайте же, что Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir. (İslam bir insanın haqsız yerə öldürülməsini, bütün insanların öldürülməsi ilə bir tutaraq bunu böyük bir cinayət saymışdır. Ancaq quldurluq edən, insanların dinc həyatına müdaxilə edən dövlətə qarşı qiyam qaldıranlara qarşı sərt tədbirlər qoymuşdur. Əksər alimlərə görə, silahlanaraq dövlətə qarşı qiyam qaldırmaq quldurluq kimi hərəkətlərin cəzası ölümdür. Həm öldürüb, həm insanların malını qəsb etdikləri təqdirdə bunun cəzası, öldürülmələri çarmıxa çəkilərək xalqa nümayiş etdirilmələridir. Quldurluq edib mal-mülkü talan edərək xalqı vahiməyə salmağın cəzası isə çarpaz şəkildə bir əlin bir ayağın kəsilməsidir. Sadəcə olaraq quldurluq edənin cəzası isə sürgündür. Əgər quldur öz istəyi ilə təslim olub, törətdiyi əməllərə görə peşmançılıq çəkərsə, zərəri ödəmək şərtilə cəzası ləğv olunar.)
Kerbelayi Malik ağa:
Sizə məğlub olub əlinizə keçmədən öncə tövbə edənlər istisnadır. Artıq Allahın Ğafur (məğfirət edən) olduğunu, Rəhim (rəhmət nuru göndərən) olduğunu bilin!
Ələsgər Musayev:
Ancaq o kəslər ki, qayıtdılar qabaqcadan ki, siz qüdrətlisiniz üzərində onların. Bilin ki, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə bilin ki, Allah çox bağışlayan mehribandır.
Kövsər Tağıyev:
Ancaq onları ələ keçirməyinizdən əvvəl tövbə edənlər istisnadırlar. Artıq Allahın çox bağışlayan, çox mərhəmət edən olduğunu bilin.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərdən başqa ki, onlar əlinizə keçməzdən əvvəl tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
-siz onların üzərində güclə hakim olmamışdan/onları ələ keçirib zərərsizləşdirməmişdən əvvəl səhvlərindən dönənlər istisna olmaqla- əvəzi [cəzası] ancaq öldürülmək/təhsilə təlimə tabe tutub dönmələrinin təmin edilməsi ya şəhər həyatından uzaqlaşdırılıb