Əlixan Musayev:
Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
Bünyadov-Məmmədəliyev:
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!
Elmir Quliyev
:
Пусть приведут подобное ему (Корану) повествование, если они говорят правду.
Ələddin Sultanov:
Əgər doğru deyirlərsə, onda Qurana bənzər bir söz gətirsinlər.
Kerbelayi Malik ağa:
Elə isə onun kimi bir kəlam (Quran ayəsini) gətirsinlər, əgər doğru söyləyirlərsə.
Ələsgər Musayev:
Qoy onlar onun misli olan hədislər
gətirsinlər, əgər oldular sadiqlər!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də əgər (Qur’anın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Qur'an kimi) bir kəlam gətirsinlər.
Kövsər Tağıyev:
Əgər doğru söyləyənlərdirlərsə, qoy onun kimi bir söz gətirsinlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar düz danışandırlarsa, qoy buna bənzər bir söz desinlər.
Sabirə Dünyamalıyeva:
Yaxşı, onun kimi bir sözü onlar da gətirsinlər, əgər doğru deyirlərsə.