Əlixan Musayev:
Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!
Elmir Quliyev
:
О те, которые уверовали! Воистину, многие из первосвященников и монахов незаконно пожирают имущество людей и сбивают их с пути Аллаха. Обрадуй же тех, которые накапливают золото и серебро и не расходуют их на пути Аллаха, мучительными страданиями.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Xaxamlardan və rahiblərdən bir çoxu insanların mallarını haqsız yolla yeyir və (insanları) Allah yolundan döndərirlər. Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Şübhəsiz ki, ahbarlardan (yəhudi alimlərdən) və ruhbanlardan (rahiblərdən) çoxu, mütləq insanların mallarını batil ilə (boş yerə, haqsız olaraq) yeyərlər və Allahın yoluna mane olarlar. Qızıl və gümüşü toplayan və onu Allah yolunda infaq etməyən kəslərə əlim (ağrılı-acılı) əzabı xəbər ver.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Həqiqətən,
alimlərdən və rahiblərdən əksəriyyəti insanların malını batillə
yeyirlər və Allah yolundan sədd çəkirlər. O kəslər ki, qızıl və
gümüş cəm edirlər və Allah yolunda xərcləmirlər, bəşarət ver
onlara ələmli əzabla
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
Kövsər Tağıyev:
Ey iman edənlər! Ravvinlərdən və rahiblərdən bir çoxu insanların mallarını haqsız yerə yeyirlər və Allahın yolundan yayındırırlar. Qızıl və gümüşü yığıb gizlədərək onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Kahinlərdən və rahiblərdən bir çoxu adamların mallarını haqsız olaraq yeyirlər və Allahın yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzab ilə müjdələ!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Şübhəsiz, xaxamlardan/alimlərdən, rahiblərdən çoxu həqiqətən insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığıb onları Allah yolunda xərcləməyən/başda öz yaxınları olmaq üzrə başqalarının ehtiyaclarını təmin etməyən kəslər, dərhal onları ağrılı-acılı bir əzabla müjdələ!