Yusif Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bu qədər) dəlilləri gördükdən sonra, yenə onu bir müddət zindana salmaq qərarına gəldilər.
Bünyadov-Məmmədəliyev:
(Vəzir ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini i. a.) gördükləri halda, yenə onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).
Elmir Quliyev :
Они увидели его доказательства, но после этого все равно решили заточить его на некоторое время.
Ələddin Sultanov:
Sonra (vəzir yanındakılar) dəlilləri görmələrinə baxmayaraq onu müəyyən bir müddətə qədər zindanda həbs etmək qərarına gəldilər.
Kerbelayi Malik ağa:
Daha sonra dəlilləri gördükdən sonra müəyyən bir müddətə qədər onu zindana atmaları, onlara daha uyğun görüldü.
Ələsgər Musayev:
Bundan sonra onlar onun bu düzlük nişanını gördülər bir neçə müddət onu dustaq etmək qərarına gəldilər.
A.Mehdiyev və D.Cəfərli:
O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər.
Kövsər Tağıyev:
Sonra onlar Yusufun günahsız olduğunu göstərən dəlilləri gördükdən sonra yenə onu bir müddət zindana salmağı qərara aldılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Dəlilləri gördükdən sonra məsələ onlar [adamlar] üçün aydınlaşanda mütləq onu bir müddətə qədər zindanda saxlamaq (qəranna gəldilər).
Sabirə Dünyamalıyeva:
Sonra bu qədər dəlili gördükdən sonra bir müddət üçün onu zindana salmaq qərarı meydana çıxdı.