Rəd Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun (ağacları) altından çaylar axar onun yeməkləri də, kölgəsi daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur.
Bünyadov-Məmmədəliyev:
Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!
Elmir Quliyev :
Вот описание Рая, обещанного богобоязненным. Там текут реки, не иссякают яства, и не исчезает тень. Таков конец богобоязненных, а концом неверующих будет Огонь.
Ələddin Sultanov:
Müttəqilərə vəd edilən cənnətin təsviri (belədir); (ağacları) altından çaylar axar, meyvələri kölgələri daimidir. Təqva sahiblərinin aqibəti budur. Kafirlərin aqibəti isə cəhənnəmdir.
Kerbelayi Malik ağa:
Müttəqilərə vəd olunan cənnət altından çaylar axan onun meyvəsi kölgəsi daimi olan (bağça) kimidir. Bu, təqva sahiblərinin sonudur. Kafirlərin sonu isə atəşdir.
Ələsgər Musayev:
Məsəli cənnətin, hansı ki, müttəqilərə vəd verilib, caridir altından onun nəhrlər. Onun yeməkləri kölgələri daimidir. Budur aqibəti o kəslərin ki, təqvalıdırlar kafirlərin aqibəti oddur!
A.Mehdiyev və D.Cəfərli:
Təqvalılara vəd edilmiş Cənnətin vəsfi belədir: Onun (evlərinin ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!
Kövsər Tağıyev:
Allaha qarşı gəlməkdən çəkinənlərə vəd olunan cənnət belədir: onun içindən çaylar axar, yeyəcəkləri kölgələri daimidir. Bu, Allaha qarşı gəlməkdən çəkinənlərin aqibətidir. İnkar edənlərin aqibəti isə cəhənnəm odudur.
M.Qənioğlu və T.Bilaloğlu:
Müttəqilərə vəd olunmuş cənnət belədir; dibindən çaylar axan, yeməkləri də, kölgəsi [sərinliyi] daimi olan (cənnət). Bu, müttəqilərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəm odudur.
Sabirə Dünyamalıyeva:
Allahın mühafizəsi altına daxil olan kəslərə vəd edilən cənnətin vəsfi belədir: Onun altından çaylar axır, nasiplikleri; ruziləri, rəngləri, dadları kölgələri daimidir. Bax bu, Allahın mühafizəsi altına daxil olan kəslərin aqibətidir. Kafirlərin [Allahın məbud rəbb olduğunu bilərək inkar edənlərin] aqibəti Atəşdir.