Əlixan Musayev:
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!
Elmir Quliyev
:
Вот Ибрахим (Авраам) сказал: "Господи! Сделай этот город безопасным и убереги меня и моих сыновей от поклонения идолам.
Ələddin Sultanov:
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri (Məkkəni) təhlükəsiz bir yer et! Məni və oğullarımı da bütlərə ibadət etməkdən uzaq tut!
Kerbelayi Malik ağa:
İbrahim (ə.s) belə demişdi: ‘Rəbbim, bu diyarı əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır.’
Ələsgər Musayev:
Onda Ibrahim dedi:
«Rəbbim! Et bu şəhəri əmin-aman. Məni və mənim övladımı
bütlərin ibadətindən uzaq et.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
Kövsər Tağıyev:
Bir vaxt İbrahim demişdi: “Rəbbim! Bu şəhəri əmin-amanlıq yeri et, məni və oğullarımı bütlərə tapınmaqdan uzaq tut”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman İbrahim dedi: "Rəbbim, bu diyarı [Məkkəni] əmin-əmanlıq yeri et, məni və övladlarımı bütlərə ibadətdən uzaq et!
Sabirə Dünyamalıyeva:
Və bir zaman İbrahim: "Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yeri et! Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!