Möminun Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O sizə ölüb torpağa sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir?
Bünyadov-Məmmədəliyev:
O sizə ölüb torpaq sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı vəd edir?
Elmir Quliyev :
Неужели он обещает вам, что вы будете воскрешены после того, как умрете и превратитесь в прах и кости?
Ələddin Sultanov:
O sizə, ölüb torpaq sür-sümük olduqdan sonra (qəbirlərinizdən) çıxarılacağınızımı vəd edir?
Kerbelayi Malik ağa:
Öldüyünüz torpaq olduğunuz, sümük halına gəldiyiniz zaman sizin mütləq (torpaqdan) çıxarılacağınızımı sizə vəd edir?
Ələsgər Musayev:
Ə, sizə vəd verir ki, siz onda ki, öldünüz torpaq sümüklər oldunuz, siz xaric olunacaqsınız?
A.Mehdiyev və D.Cəfərli:
O, sizə ölüb bir ovuc torpaq sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?
Kövsər Tağıyev:
“O, sizə ölüb torpaq sümük halına düşdüyünüz zaman mütləq yenidən (dirildilib) çıxaralıcağınızı vəd edir?”
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz torpağa sümüyə çevrilərsinizsə, bir daha (qəbrlərdən) çıxarılmağınızı məgər O sizə vəd edir?
Sabirə Dünyamalıyeva:
Sizə, həqiqətən siz ölüb torpaq sür-sümük olduğunuzda, mütləq surətdə [qəbirlərinizdən] çıxarılacağınızı vəd edir?