Əlixan Musayev:
(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Firona və əyanlarına) mütləq qalib gələcəksiniz!”
Elmir Quliyev
:
Он сказал: "Мы укрепим твою руку посредством твоего брата и одарим вас доказательством (или силой). Они не смогут навредить вам. Благодаря Нашим знамениям вы и те, кто последует за вами, станете победителями".
Ələddin Sultanov:
Allah dedi: “Səni qardaşınla qüvvətləndirəcəyik. Sizə bir üstünlük verəcəyik və beləcə, möcüzələrimiz sayəsində onlar (zərər vermək üçün) sizə yetişə bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcəksiniz”.
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Qardaşınla sənin gücünü artıracağıq və ikinizi sultan edəcəyik. Beləcə onlar, ayələrimizə (möcüzələrimizə) çata bilməyəcəklər (onlara qarşı gələ bilməyəcəklər). Siz ikiniz və sizə tabe olanlar qalib olanlarsınız.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Biz s?nin ?z?l?ni qardas?nla mohk?ml?d?rik v? ed?rik sizin ucun sultanl?q. Onlar siz? yax?nlasa bilm?zl?r Bizim ay?tl?rimizl?. Siz ikiniz v? kim ki, tabedir siz?, qalibl?rsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Tezliklə sənin qolunu qardaşınla möhkəmlədərik və siz ikinizə (mübarizə və mübahisə etməkdə) qüdrət və qələbə əta edərik. Belə ki, Bizim ayə və möcüzələrimiz sayəsində əsla sizə əlləri çatmayacaq; siz və sizə tabe olanlar qalib gələcəksiniz!»
Kövsər Tağıyev:
Allah: “Qardaşınla səni dəstəkləyəcəyik və sizə bir qüdrət verəcəyik ki, ayələrimiz sayəsində onlar sizə (pis bir niyyətlə) yetişə bilməyəcəklər. Siz ikiniz və sizə tabe olanlar qaliblərsiniz”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Biz səni qardaşınla yardım edərək, möhkəmləndirəcək və sizə elə bir güc verəcəyik ki, onlar sizə heç bir xətər yetirə bilməsinlər. Bu möcüzələrimiz sayəsində siz və sizin ardınızca gedənlər mütləq qalib gələcəksiniz."
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Sənin arxanı qardaşınla möhkəmləndirəcək və ikiniz üçün bir güc, iqtidar meydana gətirəcəyik. Sonra da onlar nişanlarımız/işarətlərimiz səbəbindən sizə çata bilməyəcəklər. Siz ikiniz və ikinizin arxasından gedənlər üstün olanlarsınız."