Əlixan Musayev:
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!
Elmir Quliyev
:
Воистину, для мусульман и мусульманок, верующих мужчин и верующих женщин, покорных мужчин и покорных женщин, правдивых мужчин и правдивых женщин, терпеливых мужчин и терпеливых женщин, смиренных мужчин и смиренных женщин, подающих милостыню мужчин и подающих милостыню женщин, постящихся мужчин и постящихся женщин, хранящих целомудрие мужчин и хранящих целомудрие женщин и часто поминающих Аллаха мужчин и женщин, Аллах уготовил прощение и великую награду.
Ələddin Sultanov:
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
Kerbelayi Malik ağa:
Həqiqətən İslam olan (Allaha təslim olan) kişilər və İslam olan qadınlar və mömin kişilər və mömin qadınlar, qanitin olan kişilər və qanitin olan qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbir edən kişilər və səbir edən qadınlar, (Rəbbinə) huşu duyan kişilər və huşu duyan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və çox zikr edən qadınlar! Allah onlar üçün məğfirət və əzim bir əcr (böyük mükafat) hazırladı
Ələsgər Musayev:
Həqiqətən, təslim olan
kişilər və təslim olan qadınlar, inanan kişilər və inanan
qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq
qadınlar, səbirli kişilər və səbirli qadınlar, çəkinən kişilər və
çəkinən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar,
yiməs tutan kişilər və yiməs tutan qadınlar, öz üzvlərini hifz
edən kişilər və hifz edən qadınlar, Allahı çoxlu yad edən kişilər
və yad edən qadınlar üçün Allah bağışlanmaq və əzəmətli əcr
hazır edib!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah (kəlmeyi şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsuliddininə və füruiddininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!
Kövsər Tağıyev:
Həqiqətən, müsəlman kişilərlə müsəlman qadınlar, mömin kişilərlə mömin qadınlar, itaətkar kişilərlə itaətkar qadınlar, doğru kişilərlə doğru qadınlar, səbir edən kişilərlə səbir edən qadınlar, Allaha dərindən ehtiram bəsləyən kişilərlə Allaha dərindən ehtiram bəsləyən qadınlar, sədəqə verən kişilərlə sədəqə verən qadınlar, oruc tutan kişilərlə oruc tutan qadınlar, namuslarını qoruyan kişilərlə namuslarını qoruyan qadınlar və Allahı çox zikr edən kişilərlə çox zikr edən qadınlar ki var, Allah məhz onlar üçün bağışlanma və böyük bir mükafat hazırlamışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, vaxtını ibadətdə keçirən kişi və qadınlar, (imanına) sadiq kişi və qadınlar, səbrli kişi və qadınlar, (Allahdan) vahiməyə düşən kişi və qadınlar, sədəqə verən kişi və qadınlar, oruc tutan kişi və qadınlar, öz ismətini qoruyub saxlayan kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar - Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır.
Sabirə Dünyamalıyeva:
Şübhə yoxdur ki İslam dininə daxil olan kişilər və İslam dininə daxil olan qadınlar, mömin kişilər və mömin qadınlar, ehtiram göstərən kişilər və ehtiram göstərən qadınlar, doğru kişilər və doğru qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar/qəlbləri Allah qarşısında qorxu və ehtiramla dolu olan kişilər və [belə olan] qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yada salan kişilər və Allahı çox yada salan qadınlar üçün Allah məğfirət [bağışlanma] və çox böyük bir mükafat hazırlamışdır.