Əlixan Musayev:
Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olmasaydı, bol ruzi verməzdi)” – dedilər.
Elmir Quliyev
:
Они говорили: "У нас больше богатства и детей, и нас не подвергнут мучениям".
Ələddin Sultanov:
Onlar: “Biz mal-mülk və övlad cəhətdən daha çoxuq, əzaba düçar olası da deyilik”, – dedilər.
Kerbelayi Malik ağa:
‘Bizim mal-dövlətimiz və övladımız daha çoxdur. Bizə əzab edilməyəcək.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Biz mal və övladda sizdən çoxuq və bizə əzab
da olunmayacaq».
A.Mehdiyev və D.Cəfərli:
Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
Kövsər Tağıyev:
Yenə: “Bizim mallarımız və övladlarımız daha çoxdur. Bizə əzab verilməyəcək”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bizim mal-dövlətimiz də, övladımız da daha çoxdur və bizə əzab verilə bilməz."
Sabirə Dünyamalıyeva:
Və yenə dedilər ki: "Biz mal-dövlət və övlad baxımından daha çoxuq və biz əzaba uğrayası deyilik."