Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.
Bünyadov-Məmmədəliyev:
(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).
Elmir Quliyev
:
Он сказал: "Господи! Прости меня и даруй мне такую власть, которая не будет полагаться никому после меня. Воистину, Ты — Дарующий".
Ələddin Sultanov:
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
Kerbelayi Malik ağa:
‘Rəbbim, məni məğfirət et. Mənə məndən sonra kimsənin nail olmayacağı bir mülk bağışla (hədiyyə et). Şübhəsiz ki, Sən Vəhhabsan.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Rəbbim, bağışla məni
və bəxş et mənə hakimiyyət, hansı ki, məndən sonra heç kəsə
yetişməyə. Həqiqətən, Sən Vəhhabsan!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»
Kövsər Tağıyev:
“Onları mənə geri gətirin”, – dedi. (Atlar gəldikdə) ayaqlarını və boyunlarını tumarlamağa başladı.
M.Qənioğlu və T.Bilaloğlu:
və dedi: "Rəbbim, məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kimə nəsib olmasın, axı sən bəxş edənsən!"
Sabirə Dünyamalıyeva:
Ey Rəbbim! Məni qoru/mənə maddi və mənəvi kir bulaşdırma və mənə elə bir mülk əta et/bağışla ki, məndən sonra heç kimə yaraşmasın. Həqiqətən Sən, bol-bol əta edənsən/bağışlayansan. dedi.