Zümər Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir).
Elmir Quliyev :
Это произойдет для того, чтобы Аллах простил им наихудшее из того, что они совершили, и воздал им наградой за лучшее из того, что они совершали (или лучшим, чем то, что они совершали).
Ələddin Sultanov:
Allah onların etdikləri ən pis əməllərin üstünü örtəcək etdikləri ən yaxşı əməllərə görə onları mükafatlandıracaqdır.
Kerbelayi Malik ağa:
Allah onların etdikləri ən pis günahları da örtər. Etmiş olduqlarının ən gözəliylə onları mükafatlandırar.
Ələsgər Musayev:
ondan ötrü ki, Allah onların pis əməllərini alıb mükafat versin onlara əcrlərini yaxşılıqla, odur ki, əməl ediblər.
A.Mehdiyev və D.Cəfərli:
Allahın onların (nəinki pis, hətta) daha pis əməllərini bağışlaması onları etdikləri ən gözəl əməllərin müqabilində mükafatlandırması üçün!
Kövsər Tağıyev:
Allah onların etdiklərinin ən pisini örtmək onlara etdiklərinin ən gözəli ilə qarşılıq vermək üçün (onları belə mükafatlandırdı).
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onların etdikləri ən pis əməllərin belə günahını onların üstündən götürər onlara etmiş olduqları əməllərin ən yaxşısı ilə mükafat verər.
Sabirə Dünyamalıyeva:
Bax bu, Allahın, onların əvvəlcə etdikləri ən pis işləri örtməsi, işləməkdə olduqları əməllərin ən gözəlinə əvəz olaraq mükafatlarını verməsi üçün gözəl-yaxşı əməl işləyənlərin mükafatıdır.