Nisa Surəsi 35. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!
Elmir Quliyev :
Если вы опасаетесь разлада между ними, то отправьте одного судью из его семьи и одного судью из ее семьи. Если они оба пожелают примирения, то Аллах поможет им. Воистину, Аллах Знающий, Ведающий.
Ələddin Sultanov:
Əgər o ikisinin (ər-arvadın) aralarının dəyməsindən qorxsanız, onda kişinin ailəsindən bir münsif, qadının ailəsindən bir münsif göndərin. Əgər (bu iki vasitəçi, ər-arvadı) barışdırmaq istəsələr, Allah o ikisinin arasını düzəldər. Həqiqətən, Allah hər şeyi biləndir, hər işdən xəbərdardır.
Kerbelayi Malik ağa:
Əgər ikisinin (ər-arvadın) arasının açılmasından qorxsanız, o zaman kişinin ailəsindən bir hakim qadının ailəsindən bir hakim göndərin. İkisi aranı düzəltmək istəyərlərsə, Allah onların aralarının düzəlməsində onlara yardım edər. Şübhəsiz ki, Allah Alimdir (ən yaxşı biləndir), Xəbirdir (xəbərdar olandır).
Ələsgər Musayev:
əgər qorxsanız ayrılmasından onların öz aralarında, onda göndərin bir hakim kişinin əhlindən bir hakim qadının əhlindən. Əgər onlar istəsələr islah, onda Allah onlara kömək edər. Həqiqətən, Allah oldu Alim, Xəbir!
A.Mehdiyev və D.Cəfərli:
(siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən xəbərdardır.
Kövsər Tağıyev:
Əgər ər-arvadın arasının pozulmasından əndişə etsəniz, kişinin ailəsindən bir hakim, qadının ailəsindən bir hakim göndərin. Hər iki tərəf (aranı) düzəltmək istəsə, Allah da onları uzlaşdırar. Şübhəsiz, Allah haqqı ilə biləndir, haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Aralarında ayrılıq düşməsindən qorxsanız, kişinin ailəsindən bir nəfər qadının ailəsindən bir nəfər münsif göndərin. Əgər onlar [münsiflər] aranı düzəltmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
əgər ər-arvadın arasının dəyməsindən qorxursunuzsa, o zaman kişinin yaxınlarından bir hakimi, qadının yaxınlarından da bir hakimi onların yanına göndərin. Bu ər-arvad həqiqətən barışmaq istəsələr, Allah ər-arvadın yola getməsinə kömək edər. Şübhəsiz ki, Allah çox yaxşı biləndir, hər şeyin üzünü, gizli tərəflərini yaxşı biləndir.