Əlixan Musayev:
Bizim ayələrimiz barəsində mübahisə edənlər özləri üçün heç bir qurtuluş yeri olmadığını biləcəklər.
Bünyadov-Məmmədəliyev:
Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!
Elmir Quliyev
:
Те, которые препираются относительно Наших знамений, знают, что они не смогут сбежать.
Ələddin Sultanov:
Ayələrimiz haqqında mübahisə edənlər bilsinlər ki, onlar üçün heç bir qaçış yeri yoxdur.
Kerbelayi Malik ağa:
Ayələrimiz haqqında mübahisə edənlər üçün sığınacaq bir yer olmadığını bilsinlər.
Ələsgər Musayev:
Bilsin o kəslər ki,
mücadilə edirlər ayətlərimizdə, yoxdur onlar üçün qurtuluş.
A.Mehdiyev və D.Cəfərli:
(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
Kövsər Tağıyev:
(Allah belə edir ki,) ayələrimiz haqqında mübahisə edənlər onlar üçün qaçacaq bir yer olmadığını bilsinlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimiz barəsində mübahisəyə girənlər özlərinə heç bir nicat olmayacağını qoy bilsinlər.
Sabirə Dünyamalıyeva:
Və ayələrimiz/əlamətlərimiz/ nümunələrimiz haqqında mübahisə edənlər özləri üçün qaçacaq bir yer olmadığını bilirlər.